· Qeydiyyatlı istifadəçilər:: 18 · Ən yeni istifadəçi:: hedecan
Hər şeydən əvvəl...
Xoş gördük hamınızı!
Xəbərlər
iPhone 4G
I Phone
iPhone 4G dedi-qoduları rəsmi olaraq başladı. Budur, yeni nəsil iPhone-nin internetə sızan ilk rəsmi...
iPhone 4G: Gerçəkmi saxtamı?
Cib telefonu Apple iPhone ilə əlaqədar dedi-qodular yenidən alovlanmağa başladı: İnternetdə iPhone 4G olduğu iddia edilən bir prototipin şəkilləri ortaya çıxdı.
Adı verilməyən Çin mənbəli bir qaynaq The Infinite Loop blogu dedi-qodunu ortaya çıxardı. Buna görə iPhone 4G 128 GB-lik bir yaddaşla bərabər, yanında 5 Megapiksel kamera təqdim edəcək. Ön kamera sayəsində bir başqa Apple telefonu ilə görünüşlü danışma da mümkün olacaq. Toxunaraq işləyən ekranda (800 x 560 piksel) və batareyada da (gözləmə müddəti: 450 saat) düzəlişlər aparılacaq.
·Proger tərəfindən yazılıb. Yazılma tarixi ->> 03/01/2009 14:59 ·
5 dəfə rəy bildirilib ·
1336 dəfə oxunulub ·
USB 3.0 artıq yolda!
Haqqında uzun zamandır danışılan yeni USB standartının istehsalı rəsmi olaraq təsdiqləndi.
USB 2.0 varisi sayılan yeni USB 3.0-ün istehsalı Super Speed USB Developers konfransında rəsmi olaraq təsdiqlənib və spesifikasiyası açıqlanıb. İlk istehsalina 2009-cu ilin ikinci yarısında başlanacaq olan USB 3.0-ün kütləvi istehsalına isə 2010-cu ildə başlanacaq və yeni texnologiyalarda tətbiq olunacaq.
Super Speed USB - nin dünyadakı bir çox texnoloji cihaza yaxından tə`siri olacağını bildirən USB-İF sədri Jeff Ravencraft, USB 3.0-ün USB 2.0-dən sonra böyük bir dönüş yaradacağını bildirib. Saniyədə ən az 4.8 Gbit - lik mə`lumat köçürmək gücündə olan USB 3.0 HP, İntel, Microsoft, NEC, STNXP Wireless və "Texas İnstrument" şirkətlərinin ortaq lahiyəsi əsasında yaradılıb.